Ucuz neftin Azərbaycan iqtisadiyyatına təsiri

Dünya Bankının neft qiymətlərinə dair son proqnozlarında göstərilir ki, cari ildə “qara qızılın” orta qiyməti bir barel üçün 57,8 dollar  təşkil edəcək. Bəs Azərbaycan neftin bu qiymətləri çərçivəsində 2015-ci ili necə başa vuracaq, bunun ölkə iqtisadiyyatı üçün hansı fəsadları ola bilər?

krantƏvvəla onu qeyd etmək lazımdır ki, Dünya Bankının açıqladığı bu rəqəm, neftin son 5 həftə ərzində ucuzlaşdığı şəraitdə və IV rüb üçün qiymətlərdə heç də artımla bağlı ürəkaçan xəbərlərin olmadığı bir zamanda, heç də pis göstərici deyil. Belə ki, ötən ilin sonlarında bir sıra beynəlxalq enerji agetnliklərinin və maliyyə institutlarının cari il üçün verdikləri proqnozlarda neftin pessimist ssenaridə qiyməti 52-53 dollar, real 55 dollar ətrafında, pozitiv isə 57-58 dollar göstərilirdi. Göründüyü kimi, Dünya Bankı hələki pozitiv ssenaridən çıxış edir.

Bu qiyməti əsas götürsək, onda Azərbaycan neftinin orta ixrac qiyməti 2014-cü illə müqayisədə 42% ucuzlaşmış olacaq. Təbii ki, həmin faktor ölkənin gəlirlərinə birbaşa və dolayısı ilə təsir edən amildir. Neft və neft məhsulları ixracatda təqribən 90% paya malikdir. Bu isə o deməkdir ki, Azərbaycanın valyuta gəlirlərinın ilin sonuna qədər orta hesabla yarıbayarı azalma ehtimalı var, çünki hasilatda da obyektiv səbəblər üzündən müəyyən qədər enmə müşahidə olunur.

Bəs bu iqtisadiyyatda özünü necə hiss etdirəcək? Axı Azərbaycan uzun illər boyu məhz neft hasilatının artımı, bu faktor səngiyəndə isə bahalı neft amilinə görə iqtisadiyyatdakı inkişafı təmin edə bilmişdi. İndi isə artıq onun iqtisadiyyatında YENİ DÖVR başlayır – ucuz neft dövrü, hansında ki, ölkə qənaət rejimində özünü yaşamağa hazırlamalıdır. Dünya bankının və digər maliyyə institutlarının hesabatları isə onu göstərir ki, yaxın 5 və daha çox dövr üçün neft qiymətlərinin artımı elə də yüksək olmayacaq. Məsələn, 2020-ci ildə ancaq 72 dollar səviyyəsinə çatması güman edilir. Ancaq həmin qiymət 2010-cu il qiyməti ilə müqayisə edildikdə alıcılıq qabiliyyətinə görə reallıqda 62,7 dollar olacaq.

Cari ildə Neft Fondundan dövlət büdcəsinə 10 milyard 388 milyon manat vəsaitin köçürülməsi proqnozlaşdırılıb. Neft Fondunun rəsmi məlumatına görə, ilin I yarısında büdcəyə 3 milyard 561,6 milyon manat vəsait köçürülüb. Yəni proqnoz göstəricilərinin 34,2% qədəri. Bu onu göstərir ki, hökumət Neft Fondundan xərcləmələrə ehtiyatla yanaşmağa başlayıb və dünya bazarında neftin qiymətlərinə müvafiq olaraq bu xərcləməri tənzimləməyə çalışır.

budce-2015İkincisi, bir faktı da nəzərə almaq lazımdır ki, cari ilin dövlət büdcəsinin və Neft Fondunun gəlirləri Azərbaycanın ixrac neftinin orta qiymətinin 90 dollar qiymətinə proqnoz edilib. Bu isə o deməkdir ki, həm dövlət büdcəsinə neft şirkətlərinin xətti ilə ödənilən vergilərin miqdarı kəskin azalacaq, kəm də Neft Fonduna daxilolmalar iki dəfə azalmış olacaq. Nəticədə kəsirlərin bağlanması məsələsi gündəmə gəlir. Dövlət büdcəsində bunu Neft Fondu vəsaitləri hesabına ödəmək mümükündürsə, Neft Fondunun daxilolmalarının 95%-ni neft gəlirləri təşkil edir və neftin aşağı qiymətlərində Fondun aktivlərinin ildən ilə azalması qaçılmazdır.

Belə olan halda hökumət Neft Fondunun vəsaitlərindən ilk növbədə dövlət əhəmiyyətli layihələrin (onlar hazırda əsasən neft və qaz sektoruna aid layihələrdirlər ki, yaxın 5 ildə yekunlaşmaları planlaşdırılıb) maliyyələşdirilməsi üçün istifadə edəcək, daha sonra büdcədən maliyyələşən sektorlara yönəldəcək. Nəticədə daha büdcədən əvvəlki kimi infrastruktur layihələrinə, regionların inkişafı çərçivəsində çoxmilyonluq layihələr, təhsil və səhiyyə nazirliklərinə tikinti və təmir üçün milyardlıq vəsaitlərin ayrılması mümükünsüz olacaq.  Bu isə təbii ki, iş yerlərinin ixtisarı, iqtisadi aktivliyin azalması deməkdir. Çünki iqtisadiyyatı xammaldan asılı olan və dövlət sektorunun dominantlığı olan ölkələrdə, adətən, özəl sektorun inkişafı məhz periodik xarakter daşıyır: xammalın qiyməti yüksək olanda, dövlətin imkanları genişlənəndə buradakı özəl sektor da çiçəklənir, çünki onun qida mənbəyi əsasən həmin strukturlara bağlıdır.

Caspian Barrel

Оставьте первый комментарий

Оставить комментарий

Ваш электронный адрес не будет опубликован.


*