Maraqlı Xəbərlər

TANAP kəməri üçün boruların daşıyacaq şirkət müəyyənləşib

транспорт“CEVA Logistics” şirkəti TANAP konsorsiumunun keçirdiyi tenderin qalibi olub.

Şirkətin saytında yerləşdirilən məlumata görə, şirkət TANAP layihəsi üzrə boruların daşınması üçün logistik əməliyyatların idarə edilməsi ilə məşğul olacaq.

“CEVA Logistics” Türkiyə ərazisində 1850 km məsafədə polad boruların daşınması ilə məşğul olacaq. Layihə çərçivəsində  diametri 1422 və 1219 mm olan 135 884 ədəd polad boru qaz kəməri boyunca əsas yerlərə çatdırılmalıdır.

1422 millimetrlik boruların daşınması 2016-cı ilin oktyabrında yekunlaşmalıdır. 2015 oktyabrından 2016-cı ilin oktyabrına kimi isə 1219 millimetrlik boruların daşınması prosesi başa çatdırılmalıdır.