“Lukoil” Xəzərdə qaz yataqlarının işlənməsini rentabelli olmaması üzündən təxirə salır. Bu barədə şirkətin vitse prezidenti Leonid Fedun bildirib. “Lukoil” şirkətinə yaxın mənbə xəbər verib ki,şirkət “Xvalınsk” (ehtiyatları 332 milyard kubmetr qaz və 18 milyon ton kondensat), “Kuvıkina” (160 milyard kub metr qaz və 107 milyon barel kondensat) və “107-ci kilometr” yataqlarının işlənməsini təxirə salır.
“Lukoil” şirkətinin Xəzərdə 8 neft-qaz layihəsi var. 2010-cu ildə şirkət Xəzərdə Korçaqin adına yataqda neft hasilatına başlayıb. İkinci ən böyük neft layihəsi – Filanoski adına neft yatağını 2016-cı ilin sonunda istismara verilməsi nəzərdə tutulur. 2017-ci ilə kimi Xəzərdə geoloji kəşfiyyat fəaliyyətinə Lukoil 22 milyard rubl xərcləməyi nəzərdə tutur. “Qaza xərclənməsi nəzərdə tutulan vəsait neftə yönəldiləcək”,- deyə Fedun bildirib (sitat “İnterfaksa” məxsusdur). O bildirib ki,Rakuşeçnoya yatağının (ehtiyatları 15 milyon ton neft) istismara verilməsi 2029-cu ildən 2021-ci ilə keçrilib.
Kuvıkina yatağında hasilata 2018-ci ildə ,Xvallinsk yatağında isə 2019-cu ildə başlamaq nəzərdə tutulurdu. 2014-cü ildə şirkətin prezidenti Vahid Ələkbərov demişdi ki,”Lukoi”l-ın “Qazprom” şirkətinin sisteminə yönəlmiş xususi qaz nəqletmə sistemi olacaq. Onların xammalını “Stavrolen” (“Lukoil” şirkətinin neft-kimya müəssəsi) zavoduna tədarükü nəzərdə tutulmur.