Qazaxıstan

“KazTransQaz” “KazRosQaz” şirkətinin yarısını idarəçiliyə götürüb

kaztrQazaxıstanın milli neft-qaz şirkəti” KazMunayGaz” “KazRosGaz” şirkətində olan 50%  iştirak payını “KazTransQaz” şirkətinə idarəetməyə vermək qərarına gəlib.

Müvafiq qərar iyunun 18-də “KazMunayGaz” şirkətinin idarə heyəti tərəfindən qəbul edilib.

“KazRosGas” şirkəti — Qazaxıstanın “KazMunayQaz” və Rusiyanın “Qazprom” şirkətləri tərəfindən Qazaxıstan və Rusiya hökumətləri arasında

28 noyabr 2001-ci il imzalanmış qaz sahəsində əməkdaşlıq haqqında sazişin müddəalarının səmərəli həyata keçirilməsi üçün paritet əsasında yaradılmış birgə müəssədir.

“KazRosGaz” şirkətinin fəaliyyəti Karaçaqanak yatağında hasil edilən qazın utilizasiyası ilə bağlıdır.

2014-cü ildə “KazRosQaz” Karaçaqanak yatağında hasil edilən 8.594 milyard kub metr  qazı Orenburq qaz-kimya kompleksində emalını həyata keçirmişdi. Qazaxıstanın daxili istehlakçılarına isə 2014-cü ildə 5.914 milyard kub metr qaz tədarük edilmişdi.