“Rosneft” məhdud infrastruktur şəraitində Çinə neft tədarükü müqaviləsini yerinə yetirmək üçün yeni imkanlar axtarır. Skovorodina-Mohe ŞSBK və Qazaxıstan vasitəsilə neft tədarükünün artırılması üzrə müzakirələr gedir. Bu barədə “Komersant” qəzeti yazır.
Bu il şirkət Çinə 2014-cü ildəkindən 5 milyon ton çox neft tədarük etməlidir.
“Transneft” şirkətindən bildiriblər ki,”Rosneftdən” Skovorodina-Mohe xətti üzrə nəqlin 125 min barel artırılması barədə müraciət alıblar. Skovorodina-Mohe əlavə 1 milyon tonl neftin nəqlini təmin edəcək.
Həmçinin,”Rosneft” Qazaxıstan ərazisi ilə Atasu-Alaşankau kəməri ilə Çinə ixracı 1 milyon ton artırmaq istəyir. “2015-ci ildə nəqlin 1 milyon ton,2016-cı ildə 2 milyon ton,2017-ci ildə isə 3 milyon ton artırılması üzrə danışıqlar gedir”- deyə qəzetin “Rosneftə” yaxın mənbəsi bildirib. Lakin o əlavə edib ki,bu neft Pavlador NEZ gedir və onun daha çox qəbul etməsi məsləsi aydın deyil.