Materiallar

Azərbaycan resurslarının ixracı üçün ən yaxşı bazar Qərbdir – nazir

btc-isigAzərbaycanın neft və qazının ixracı üçün ən yaxşı bazar marketinq baxımından Qərb bazarıdır. Bunu dünən Azərbaycanın energetika naziri Natiq Əliyev Bakıda keçirilən açıq cəmiyyətlərin III Qlobal Forumundakı çıxışında bildirib.

Nazirin sözlərinə görə, Qərb istiqaməti Azərbaycan üçün ən optimal ixrac marşrutudur. Belə ki, Azərbaycanın enerji resursları elə ölkələrdən nəql edilir ki, “onlar enerji daşıyıcılarına görə bizim rəqibimiz deyil və onların özlərinin resursları toxdur”.