Materiallar

SOCAR quruda 640-870 metr dərinlikdən neft hasil edəcək

76945_srcSOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) Kompleks Qazma İşləri Tresti “Pirallahı adası” yatağında 3 yeni quyuda qazma işlərinə başlayıb.

Caspian Barrel SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, 1189 nömrəli quyunun layihə dərinliyi 640 metr, 1181 nömrəli quyunun layihə dərinliyi 740 metr, 1143 nömrəli quyunun layihə dərinliyi isə 870 metrdir.

Qirməki Altı Lay Dəstəsinə qazılan quyuların hər birindən sutkada 4-5 ton neft hasil ediləcəyi nəzərdə tutulub.

“Pirallahı” yatağı 1902-ci ildən işlənir. Yataq 2 mln. tona yaxın qalıq neft ehtiyatına malikdir.