Qazaxıstanın energetika nazirinin müavini Uzakbay Karabalin bildirib ki,Qazaxıstan beynəlxalq konsorsimun tərkibində Xəzəryanı ovaqlıqda dəyəri 500 milyon dollar olan layihənin həyata keçrilməsinə başlayacaq.
Onun sözlərin görə,10-15 ildən sonra Tengiz və Karaçakanak yatağlarının ehtiyatları azalacaq. Resursların yerini isə ancaq dərin horizontların kəşfiyyatı hesabına doldurmaq olar. Son illərdə həyata keçrilmiş kompleks tədqiqatlar onu göstərir ki,Xəzəryanı ovaqlığın geoloji ehtiyatları 67 milyard ton şərti yanacaq,çıxarıla bilən isə 27 milyard ton həcmində qiymətləndirilir.
O bildirib ki,”Xəzəryanı ovaqlıqlığın öyrənilməsi üçün dəyəri 500 milyon dollar olan “Avrasiya” layihəsi həyata keçriləcək. Layihə konsorsium formatında nəzərdə tutulub.Parametrik quyuların planlaşdırılan qazması dünya sənayesi üçün rekord olacaq”.-deyə nazir bildirib.