Rusiyanın ən böyük özəl neft şirkəti Lukoil-un xalis mənfəəti aktivlərin dəyərlərinin azalmasından 2013-cü ilin eyni dövrünün göstəricisi ilə müayisədə 1.6 dəfə azalaraq 4.746 milyard dollar təşkil edib.
Bu nəticə analitiklərin proqnozundan pis olub. Analitiklər şirkətin gəlirini 6,934 milyard dollar səviyyəsində gözləyirdilər.
Satışdan əldə edilən gəlirlər 144,167 milyard dollar təşkil edib ki,bu da 2013-cü ildəkindən 1.9% çoxdur. Analitiklər gəliri 143,077 milyard dollar səviyyəsində gözləyirdilər.
Hesabatdan məlum olur ki, Lukoil 2014-cü ilin dördüncü rübündə US GAAP standartları üzrə 996 milyon dollar xalis zərər əldə edib.