İranın nüvə proqramı üzrə danışıqların fonunda İran ilə sülh müqaviləsinin neft bazarına təsiri barədə çoxlu suallar meydana çıxır.
Ekspertlərin bir çoxu İranla sövdələşmənin mümkün təsirləri barədə mühafizəkar fikirlər söyləyirlər. Belə ki, CNBC kanalına müsahibəsində JBC Energy şirkətinin icraçı direktoru Yohannes Bennini qeyd edib ki, əgər tərəflər razılığa gələ bilsələr, bu, qısa müddətli perspektivdə neft bazarına ciddi təsir etməyəcək.
Yohannes benini JBC Energy şirkətinin direktoru: “Mən İran ilə danışıqların neft bazarındakı cari vəziyyətə təsirini şişirtməzdim. Birincisi,İran neftinin tədarükünün artması üçün ABŞ və Aİ-nın sanksiyalarının ləğvi lazımdır. Bu isə cari ilin 1 iyuluna qədər baş verməyəcək.
Daha sonra, nəyin hesabına İran neft tədarükünü artıra bilər? Mümkün variantlardan biri kimi tankerlərdə yığılan nefti göstərillər. Burda müxtəlif rəqəmlər deyilir,kimsə 13 milyon barel rəqəmi söyləyir.
Daha əhəmiyyətlisi,İran nümayəndələrinin gündə 1 milyon barel neftin artırılması barədə bəyanatlarıdır. Biz hesab edirik,bu az ehtimal edilən variantdır. Bir tərəfədn yataqların tükənməsi gedir. Digər tərəfdən isə sanksiyalar və sərmayə çatışmamazlığı İranın neft hasilatını artırması qabiliyyətinə ciddi məhdudiyyətlər qoyur. Bizim hesablamalarımıza görə,əgər müqavilə imzalansa və sanksiyalar qaldırılsa,İran neft hasilatını gündə 600 min barel,indiki səviyyədən 2.8 milyon barelə qədər artıra bilər.
Qeyd etməliyəm ki, İran gündə qazkondensatı və müxtəlif yanacaq adı altında 200-300 min barel neft satır. Bu embarqolardan yan keçmək üçün edilir. Sanksiyalar ləğv edilsə neft təchizatının yenidən təsnifləşməsi olacaq.
Beləliklə, İranın real olaraq bazara neft tədarükünü artırmaq gücü gündə 300 min barel təşkil edir.
Ona görə də,mən İran rəsmilərinin bəyanatlarına əhəmiyyət verməzdim. İranın neft sənayesinə sərmayələr tələb olunur. Buna görə də İran rəhbərliyi sanksiyaların aradan qaldırlmasına çalışır”.