Britaniyanın “Compact GTL” şirkəti Qazaxıstanda səmt qazından dizel yanacağı istehsal edən zavod inşa edəcək. Qazaxıstan Respublikası və “Compact GTL” şirkəti arasında anlaşma memorandumu fevralın 12-də Londonda “Xəzər dəhlizi” konfransı çərçivəsində imzalanıb.
Memorandum Qazaxıstanda gücü gündə 2- 3 min barel təşkil edən səmt qazından dizel yanacağı istehsal edəcək GTL tipli (Gas-to-liquids) zavodun inşasını nəzərdə tutur.