2015-ci ilin fevralında Qazaxıstan Milli Bankının ümumi beynəlxalq ehtiyatları 0.1% artaraq $29,1 milyard təşkil edib.
Milli bankın maliyyə bazarının vəziyyəti barədə hesabatına əsasən ölkənin beynəlxalq ehtiyatları ilin əvvəlindən 0.6% artıb.
Milli Bankın xalis beynəlxalq ehtiyatları ilin əvvəlindən 1.2% artaraq $ 28,3 milyard təşkil edib.
Milli fondun xarici valyutalarda olan $71,7 milyard aktivləri daxil olmaqla ölkənin beynəlxal ehtiyatları $100,8 milyard olub. Fevralda pul bazası 1.2% artaraq 3144,8 milyard tenqe təşkil edib.
BVF-nun məlumatına görə,Qazaxıstan ötən ay qızıl ehtiyatlarını təxminən 2.7 ton artırıb.Ümumi qızıl ehtiyatları 196.1 milyard ton təşkil edib.