Dövlət Gömrük Komitəsinin internet saytında nəşr edilmiş məlumata görə,Azərbaycan 2015-ci ilin yanvar-fevralında 1 milyard 610.345 milyon kub metr qaz ixrac edib ki, bu da 2014-cü ilin eyni dövrünün göstəricisindən 3.1% azdır.
Eyni zamanda, hesabat dövründə gömrük bəyannaməsi ilə $33 milyon 621,02 min məbləğində 238 milyon 433,41 min kub metr qaz ixrac edilib. İlin əvvəlindən 1000 kub metr Azərbaycan qazı $141.00 qiymətinə ixrac edilib.
Azərbaycan qazı hazırda SOCAR tərəfindən Rusiya,İran və Gürcüstana,habelə Şahdəniz konsorsiumu tərəfindən Bakı-Tbilisi-ceyhan boru kəməri ilə Türkiyəyə ixrac edilir.