Cəmi bir milyondan artıq insan dövlət büdcəsinin gəlirlərinin yarısını təmin edir.
Rusiya iqtisadiyyatı bu gün belə bir model əsasında təşkil olunub: təqribən bir milyon insan neft və qaz hasilatı və ixracı ilə məşğul olur. Həmin bu milyon insan idxal daxil olmaqla mal və xidmətlərə aktiv surətdə pul xərcləyirlər. Daha 10-12 milyon insan xidmətlərə görə birinci milyondan pul alır və gəlirə mal və xidmətlər alaraq “daxilolanlar” dairəsini genişləndirir.
Caspian Barrel Rusiyadakı maxpark.com portalına istinadən xəbər verir ki, neft və qaz satışından əldə edilən gəliri dövlət 25-30 milyon məmur, qulluqçu və təqaüdçü arasında paylayır.
Ölkənin özünün mal istehsalı elə də çox deyil və istehsala yatrılan əsas sərmayənin özü neft mənşəlidir. Əgər bu pullar olmasaydı, onda Rusiya iqtisadiyyatının həcmi kiçik olardı. Rusiyanın qeyri-xammal ÜDM-nın həcmi 300 milyard dollardır.
Federal büdcənin gəlir hissəsinin 53% resursların hasilatından tutulan gəlirlərdən formalaşır. İcmal büdcənin strukturunda onun payı 40%-dir.
Bu pulun böyük hissəsinə xaricdə ərzaq məhsulları və istehlak malları alınır. Texnoloji məhsulların idxalı 10%-dən çox deyil. Malların idxalı zamanı tutulan gömrüklər və aksiz icmal büdcənin 30% təşkil edir. Beləliklə, Rusiya büdcəsinin 82% neft-qaz gəlirləri və dolayı yolla bu sektordan qidalanan sahələr tərəfindən doldurulur.
İcmal büdcənin 5%-i gəlir vergisi təşkil edir. Və bu verginin neçə faizi neftçilərdən və neft vergisindən gəlir qazanan dövlət sektoru işçisinin əmək haqqından tutulub? Sadə mənada desək Rusiya iqtisadiyyatı təmiz xammal yönümlüdür – əslində Putinin dövləti yanlız neft və qaz sataraq mövcud ola bilər.
Infilyasiyaya gəldikdə isə, o artmaqda davam edəcək, çünki,qeyri-effektiv inhisarlar dövlət tərəfindən dotasiya edilir, subsidiyalar bazara tökülür, inhisralar tarifləri qaldırır, çünki qeyri-effektivdilər…