“RİA Novosti” xəbər verir ki, Qazaxıstanın Milli bankı ölkə sakinlərinə nəğd pulla avtomobil və mənzil alınmasının qadağan edilməsini təklif edib.
Milli bank həmçinin ölkə iqtisadiyyatından dolların çıxarılması proqramını davam etdirəcək. Bu məqsədlə tənzimləyici qiymətlərin şərti vahidlərdə qoyulmasının qadağan edilməsinə hazırlıq gedir.
Qazaxıstan prezidenti Nursultan Nazarbayev hökümətə 2015-ci ildə büdcənin xərclərini 700 milyard tenqe (3.7 milyard dollar) azaltmağı tapşırıb.