Qazaxıstanın energetika naziri Vladimir Şkolnik bildirib ki,”Tengizşevroyl” şirkəti tərəfindən inkişaf etdirilən Tengiz yatağının genişləndirilməsini optimallaşdıracaq.
“Biz xərclərin azaldılması baxımından layihənin optimallaşdırılması üzərində işləyirik. İlin sonunadək biz layihənin təsdiqi və ekspertizası haqqında qərar qəbul edəcəyik. Söhbət layihənin optimallaşmasından gedir.Satınalmalar,podratçılar minimuma endiriləcək,vasitəçi orqanlar aradan qaldırılacaq ki,layihə yüksək rentabelli olsun” – deyə o “Kazinform” agentliyinə müsahibəsində bildirib.
Tengiz yatağının genişləndirilməsi layihəsi çərçivəsində 3-ci nəsil zavodun inşası planlaşdırılır.Əvvələr layihənin dəyərinin 20 milyarddan çox olduğu bildirilirdi.
Layihənin başa çatmasından sonra Tengiz yatağında hasilat 24 milyon tondan 36 milyon tona qədər artacaq.