Rusiya Federal Gömrük (FGX) xidmətinin materiallarına görə, 2014-cü ildə Rusiyadan tədarük edilən qazın qiyməti 2013-cü illə müqayisədə 7.5% azalaraq min kub metr üçün $317 təşkil edib.
2013-cü ildə qazın orta qiyməti min kub metr üçün $343 olub.
TASS agentliyi xəbər verir ki,2014-cü ildə “Qazprom” şirkətinin qaz ixracından gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 18.6% azalaraq $54,73 milyard təşkil edib.
Həmçinin,hesabat dövründə qazın ixracı 12.1% azalaraq 172.6 milyard kub metr olub. Uzaq xaricə qaz ixracı 124.6 milyard kub metr,yaxın xaricə isə 48 milyard kub metr təşkil edib.