2014-cü ildə Rusiyanın neft ixracından əldə etdiyi gəlirlər 2013-cü illə müqayisədə 11.3% azalaraq 153.878 milyard dollar təşkil edib. Bu hagda RF Federal Gömrük Xidməti məlumat yayıb.
2014-cü ilin yanvar-dekabrında Rusiya 2013-cü ilin analoji dövrünün 236.615 milyon tonuna qarşı 223.415 milyon ton neft ixrac edib.
Ötən ilin 12 ayı ərzində Rusiyanın uzaq xaricə xam neft ixracı 4.2% azalaraq – 199,270 milyon ton təşkil edib. Pul baxımından,tədarükün həcmi 145,575 milyard dollar olub.
MDB ölkələrinə neft ixracı 15.7% azalaraq 24.145 milyon ton,pul baxımından isə 8.303 milyard dollar təşkil edib.
Uzaq xaricə bu dövrdə 108.975 milyard dollar məbləğində 155.193 milyon ton neft məhsulları,o cümlədən,1.822 milyard dollar məbləğində 2.062 milyon ton benzin,38.3 milyard dollar məbləğində 44.2 milyon ton dizel yanacağı ixrac edilib.