Rusiyanın maliyyə naziri Anton Sliuanov Rusiya iqtisadiyyatının qərb sanksiyalarından və neft qiymətlərinin aşağı düşməsindən zərərini $200 milyard olduğunu açıqlayıb. Rusiyaya qarşı sanksiyalar səbəbindən sərmayə çatışmamazlığı iqtisadiyyata $40–50 milyarda başa gəlib.
29 yanvarda Avropa diplomatiyasının rəhbərləri Rusiyaya qarşı “daha məhdudlaşdırıcı tədbirlər” hazırlanması və cari sanksiyaların daha 6 ay uzadılması barədə razılığa gəliblər.
Bundan əvvəl isə ,26 yanvarda Standard&Poor’s reytinq agentliyi Rusiyanın reytinqini “zibil səviyyəsinə qədər “BB+ “aşağı salıb.
Rusiya Mərkəzi bankının hesablamalarına görə,2014-cü ildə ölkədən kapital axını $150 milyard çox olub. Ən böyük kapital axını 4-cü rübdə olub və $72,9 milyard təşkil edib.