Trend-ə Qazaxıstanın Energetika nazirliyindən verilən məlumata görə, Rusiya və Qazaxıstan energetika nazirlikləri “Xvalinsk” layihəsi üzrə sazişə dəyişilikləri nəzərdə tutan protokolun razılaşdırılması işini aparıllar.
Nazirlikdə qeyd ediblər ki,bundan sonra “Xvalinsk” yatağının sərvətlərinin istifadəsi üçün HPB (Hasilatın Pay Bölgüsü) sazişinin imzalanması gözlənilir.
Qurumdan bildiriblər ki,2011-ci ilin aprelində Rusiyada yeraltı sərvətlərdən istifadənin şətrləri və hasilatın pay bölgüsü sazişinin (HPBS) hazırlanması üçün idarələrarası komissiya yaradılıb.
2002-ci idlə Rusiya və Qazaxıstan Xəzər dənizində öz sektorları arasında sərhədləri çəkmiş və 3 sərhədboyu strukturu müəyyənləşdirmişdilər: ”Kurmanqazı”, ”Xvalinsk”, “Mərkəzi” və “Xvalinsk” yatağının ehtiyatları 332 milyard kub metr qaz, 17 milyon ton qaz-kondensat və 36 milyon ton neft təşkil edir. Yatağın işlənməsi üçün zəruri investisiyalar – $1 mlrd. güman edilir.