Qazaxıstanın milli dəniz gəmiçiliyi şirkəti “Kazmortransflot” Türkmənistan limanlarından neft yüklərinin daşınmasına başlayıb. Bu barədə şirkətin mətbuat xidmətindən bildirilib.
“Yüklər “Aktobe” və “Almatı” tankerləri vasitəsi ilə Mahaçkala (Rusiya) və Bakı (Azərbaycan) istiqamətinə daşınır. 2015-ci illər ərzində Türkmənistan limanları 2 tanker üçün əsas yükdoldurma məntəqəsi olacaq” – deyə xəbərdə bildirilir.
Aktobe tankeri 2015-ci ilin yanvarında Ələdcə limanında neftin yüklənməsi üçün lövbər salmışdı.
“Kazmortransflot”ın məlumatına görə, Türkmənistan limanlarından neftin nəqli şirkətin biznesin şaxələndirliməsi siyasəti nəticəsində mümkün olmuşdu. Əvvələr şirkətin tankerləri əsasən Aktau limanından yüklər daşıyırdılar.