2015-ci ilin 9 yanvarında Q.Berdimuhammedov Türkmənistan Nazirlər Kabinetinin geniş iclasında 2015-ci ildə qarşıda duran vəzifələr haqqında çıxış edib.
YEK-nin hərtərəfli müasirləşdirilməsi işləri davam etdirilməli,həmçinin geoloji kəşfiyyat və təbii ehtiyatların hasilatı,yeni yataqların işlənməsi və karbohidrogenlərin emalını nəzərdə tutan layihələr həyata keçrilməlidir.
Türkmənistanın enerji ixracı yeni marşrutlar üzrə diversifikasiyası davam etdirilməlidir.
Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan magistral gaz kəmərinin inşası sürətləndirilməlidir.
Axal vilayətində təbii qazdan benzin istehsalı zavodu inşa edilir.
Şimal-qərb magistral boru kəmərinin inşası və istismata verilməsi nəzərdə tutulur.
Təbii qaz hasilatını 83 milyard kub metrə çatdırmaq,bu həcmin 48 milyard kub metrini isə xarici ölkələrə tədarükü planlaşdırılır.
2015-ci ildə neft hasilatını 11.11 milyon tona çatdırılmalıdır.
2014-ci ilə müqayisədə artım tempi 102,9% artıq olmalıdır.
Həmçinin mayeləşmiş təbii qaz (LNG) ixracını artırmaq üçün tədbirlər həyata keçrilməlidir.