Neft və qaz layihələrinə yaxın bir layihə Trendə-ə bildirib ki,tengenin devalvasiyası ilə əlaqədar olaraq Xəzərin qazax sektorundakı qazma işləri 2015-ci ilə keçrilib.
“Tengenin devalvasiyası üzündən 2014-cü ildə əvvəl planlaşdırılan dəniz bloklarının heç birində qazma işləri aparılmayıb.Bununla əlaqədar olaraq işlərin smetasına yenidən baxmaq lazım gələcək.2014-cü ildə planlaşdırılan bütün işlər 2015-ci ilə keçrilib” – deyə mənbə anonimlik şərti ilə bildirib.
Eyni zamanda o bildirib ki,”Jambıl” və “N” perspektiv bloklarında qazma işləri aparılıb.
“KazMunayGaz” şirkətinin direktoru Sauat Mınbayev bildirib ki,şirkətin resurs bazası Xəzərin qazax şelfində olan yeni yataqlar hesabına artırılacaq.
Onun sözlərinə görə,dənizdə ehtiyatlar potensial olaraq “N” bloku hesabına artırıla bilər.
“Biz bu ilk quyunu qazmışıq.İkinci quyu gələn il qazılacaq. İki quyunun nəticələrinə görə biz xammalın ehtiyatlarını müəyyənləşdirəcəyik” – şirkətin rəhbəri bildirib.
“Jemjuzina” blokunda Shell və Oman Oil şirkətləri ilə birlikdə kəşfiyyat işləri başa çatıb.Həmçinin “Kalamkas” blokunda kəşfiyyat işləri yekunlaşıb və “Jambıl” blokunda koreya şirkəti ilə birlikdə qazma quyusu qazılıb”.- deyə o bildirib.
Həmçinin onun sözlərinə görə,geoloji kəşfiyyat işləri həmçinin “İsatay” blokundada aparılır.