SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) qazma idarələri 2014-cü ilin yanvar-noyabr aylarında qazma işlərinin həcmini 2013-cü ilin analoji dövrü ilə müqayisədə 14,2% – 118,84 min metrədək azaldıb. Bu barədə SOCAR-ın mətbuat xidməti məlumat yayıb.
Bununla belə, kəşfiyyat qazma işlərinin payı 2,184 min metr (azalma 3,2 dəfə), istismar qazma işlərinin payı 116,656 min metr (azalma 11,3%) təşkil edib.
2014-cü ilin noyabr ayında qazma idarələrinin həyata keçirdiyi işlərin həcmi 11,389 min metr təşkil edib. Bunun 11,032 min metri istismar, 357 metri kəşfiyyat qazma işlərinin payına düşüb.
Xəbər verildiyi kimi, 2013-cü ildə SOCAR üzrə qazma işlərinin həcmi 142,656 min metr, o cümlədən istismar qazma işlərinin həcmi 135,665 min metr, kəşfiyyat qazma işlərinin həcmi 6,991 min metr təşkil edib.