Qazpromun rəsmi nümayəndəsi Sergey Kupriyanov jurnalistlərə bildirib ki,”Qazprom” ASC Türkiyəyə boru kəmərinin inşası üçün “Qazprom Russkaya” müəssəsini təsis edir.
“Şirkət Sankt-Petrqburqda qeydiyyatdan keçəcək. Müəssisə “Russkaya” əsas kompressor stansiyasının adı ilə “Qazprom Russkaya” adlanacaq”. – deyə Kupriyanov bildirib.
Qara dənizin altından Türkiyəyə yeni qaz kəmərinin tikintisi Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə rəsmi səfəri zamanı,dekabrın 1-də elan edilib.Yeni boru kəməri “Cənub Axının” əvəzinə inşa ediləcək.