Türkiyəyə çəkiləcək yeni boru kəmərinin layihələndirmə işləri 1-1,5 il çəkə bilər. Bu haqda jurnalistlərə açıqlamasında Rusiya enerji nazirinin müavini Kiril Molodtsov bildirib.
Onun sözlərinə görə, bundan sonra 1-1,5 il də gərəkdir ki, boru kəmərinin tikintisinə və beləliklə, “Cənub Axını” kəmərini əvəz edəcək kəmərin birinci hissəsi 2017-ci ilin sonu 2018-ci ilin əvvəlində hazır ola bilər.
Bununla belə, Rusiya tərəfi “Mavi Axın” layihəsi ilə qaz həcmlərinin də artırılması imkanlarını araşdırır və onun buraxıcılıq gücününü hazırkı 16 mlrd kub metrdən 20 mlrd kub metrədək artırılmasına baxır.
Qeyd edək ki, Rusiya hələ heç vaxt “Mavi Axın”la ildə 13 mlrd kub metrdən artıq qaz ixrac etməyib.