Qazaxıstan höküməti, ”Şimali Xəzər” layihəsi (Kaşağan) və hasilatın pay bölgüsü sazişi iştirakçıları son bir neçə il ərzində yaranmış istehsalat,maliyyə və ekoloji məsələləri razılaşdırıblar.
“Saziş bu yaxınlarda Astanada energetika naziri,NCOC nümayəndələri,hasiltaın pay bölgüsü sazişi iştirakçıları arasında imzalanıb. Müqavilənin şərtləri məxfidir”.- deyə şirkətdə qeyd ediblər.
Kaşağan yatağı son 40 il ərzində kəşf edilmiş ən böyük yatağlardan biridir.
Layihə iştriakçıları aşağıdakı şirkətlərdir : “KMG Kashagan B.V.”, “AGIP Caspian Sea B.V.”, “CNPC Kazakhstan B.V.”, “Exxon Mobil Kazakhstan Inc.”, “Inpex North Caspian Sea Ltd.”, “Shell Kazakhstan Development B.V.” və “Total E&P Kazakhstan”.