Bu gün neftin qiymətləri səhərdən Liviyadan dünya birjalarına daxil olan neqativ informasiyaların fonunda artmağa başlayıb.
İnformasiya agentliklərinin xəbərlərində bildirilir ki, Liviyada islamçılarla ölkənin iri neft terminalı olan Əs-Siderin yaxınlığında toqquşmalar gettikcə şiddətlənir. Ancaq Bloomberg agentliyinin yayadığı məlumata görə, Milad bayramı ilə əlaqədar Qərb bazarlarında tam əks proses müşayiət edilir.
Qeyd edək ki, National Oil Corp. dövlət şirkətinin yayadığı məlumatda bildirilir ki, Liviyada bir gün ərzində neft hasilatı 352 min barel azalıb.
Caspian Barrel London əmtəə birjasına (İCE) istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 15.00-da Brent markalı neftin 1 bareli hərraclarda 0,63% və ya $0,38 bahalaşaraq $60,62 qiymətinə qədər yüksəlib.
Nyu-Yorkda is NYMEX əmtəə birjasında WTI markalı neftin 1 bareli həmin vaxtda $0,56 (+1%) bahalaşaraq $56,40 təşkil edib.