“Financial Times” qəzeti yazır ki,İtaliyanın baş naziri Matteo Remzi Əlcəzairli həmkarı ilə görüşdə Rusiya qazından asılılığını azaltmaq üçün Afrika ilə işləmək arzusu ifadə edib.Vladimir Putin “Cənub Axını” layihəsinin dayandırıldığını elan etdikdən bir gün sonra Remzi Əlcəzairə səfərə gedib.
“Afrikaya istiqamətlənmə” İtaliya xarici siyasətinin əsas istiqamətlərindən biri olub.Kursun dəyişməsi səbəblərindən biri kimi,enerji tədarükünün şaxələndirilməsi göstrərilir. İtaliya qazın 90%,neftin isə 46% Rusiyadan idxal edir. Yerdə qalan hissəsini isə ölkə Şimali Afrikafdan,Şimali Avropadan və Qətərdən alır.
Enerji axının şaxələndirilməsi üçün baş nazir ölkənin ən böyük enerji şirkəti ENİ ilə sıx əməkdaşlıq edir. Eni son illər Afrikada yatağların işlənilməsində fəal iştirak edir.
Lakin qəzet qeyd edir ki,analitiklər bu əməkdaşlığın gələcək illərdə asıllığı azaltmağa kömək edəcəyinə şübhə edirlər.