Brent markalı neft bu gün London əmtəə birjasında (İCE) iki yeni antirekorduna imza atıb. Əvvəlcə Bakı vaxtı ilə saat 11.45-də neftin qiyməti 60 dollarlıq psixoloji həddən aşağı düşərək 59 dollar ətrafında satılmağa başladı.
Caspian Barreli-in FOREX-ə istinadən verdiyi məlumata əsasən, saat 16.00-da Brent markalı neft 59 dollar həddindən aşağı doğru irəliləməyə başladı. Artıq 16.15-də Brent markalı neftin yanvar fyuçersləri 58.76 qiymətindən satılırdı.