Avropa Komissiyasının birinci vitse-prezidenti Franç Timmermans əmindir ki,Aİ-nin bütün ölkələri Avropanın Rusiyaya qarşı mövqeyini gücləndirmək üçün Avropa Birliyi daxilində eneji ittifaqı yaratmaq istərdilər.
Avropa Komissiyasının yeni tərkibi AB-də enerji ittifaqı yaratmalıdır. Məqsəd Avropaya əsas enerji ixracatçısı kimi Rusiyanın mövqeyinə qarşı durmaq və Aİ daha enerjidən az asılı etməkdir.
“Mən AB-nin ümumi işlər şurası ilə görüşüb, Avropa Komissiyasının növbəti il üçün prioritetlərini müzakirə etmişik. Hər nazir “enerji ittifaqının gələn ildə Avropa Komissiyası üçün prioritet olmasının lazım olduğunu söyləyib”, – deyə o, çərşənbə axşamı mətbuat konfransında bildirib.