Transanadolu qaz kəməri (TANAP) layihəsi Türkmənistan qazının da Avropaya tədarükünə ümid edə bilər. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən həftə Aşqabadda türkmənistanlı həmkarı Qurbanqulu Berdiməhəmmədovla keçirdiyi danışıqlardan sonra deyib.
TANAP Türkiyə ərazisi ilə həm Azərbaycan qazını,həmdə Türkmənistan qazını Avropaya nəql edə bilər – deyə R.T.Ərdoğan bildirib.
Onun sözlərinə görə, Türkiyə Avropanın enerji təhlükəsizliyi məsələlərinə xüsusi diqqət yetirir.
Noyabrın 7-də yüksək səviyyədə keçirilmiş danışıqların yekunu üzrə “Türkmənqaz” dövlət konserni və Türkiyənin “Atagas” şikəti təbii qazın alqı-satqısı məsələlərində əməkdaşlıq haqqında çərçivə sazişi imzalayıblar.
TANAP layihəsi Türkiyə vasitəsilə “Şahdəniz” qazının Avropaya sərhədinə qədər nəqlini nəzərdə tutur.
Boru kəmərinin ilkin gücü ildə 16 milyard kubmetr olacağı gözlənilir.Altı milyard kubmetr Türkiyəyə tədarük ediləcək,qalanı isə- Avropaya. Gələcəkdə, boru kəmərinin gücü ildə 31 milyard kub metrə qədər genişləndirilə bilər.
TANAP kəmərinin 2018-ci ildə istismara verilməsi nəzərdə tutulur.