“Tengizşevroyl” şirkətinin mətbuat xidmətindən verilən məlumata görə,Tengiz yataqında atmosferə buraxılan tullantıların həcmi hasil edilən hər ton neftə nisbətdə 2.35 kq azalıb.
2000-ci ildən ətraf mühitin qorunmasına sərf edilən sərmayələr nəticəsində məşəllərdə yandırılan qazın həcmi 93% azalıb. Hal-hazırda TŞO qazın 99% işlədir. 2000-ci ildə atmosferə buraxilan tullantıların orta həcmi bir ton hasil edilən neftə nisbətdə 72% azalıb.
2014-cü ilin yanvar-sentyabrında Tengizdə atmosferə buraxılan tullantıların həcmi hər ton neftə nisbətdə 2.35 kq təşkil edilib.