Qazaxıstan 2014-cü ilin yanvar-oktyabrında qaz kondensatı daxil olmaqla 66.635 milyon ton neft hasil edib. Bu 2013-cü ilin analoji dövrününün göstəricisindən 1.6% azdır. Bu barədə milli iqtisad nazirliyinin statistika komitəsi məlumat verib.
Statistika komitəsinin məlumatına görə,xam neft hasilatı 55.984 milyon ton (azalma 2.8%),kondensat istehsalı isə 10.652 milyon ton (5.6% artım) təşkil edib.
Bundan əlavə,hesabat dövründə Qazaxıstanda 35.177 milyard kub metr (artım 1.3%) təbii qaz hasil edilib. Bu həcmin 17.498 milyard kub metri təbii qaz formasında,17.679 milyardı isə səmt qazı formasında olub.