10 ayda Qazaxıstanda 12.4 milyon ton neft emal edilib. Bu barədə Qazaxıstanın energetika nazirinin müavini Uzakbay Karabalin parlamentin iclasında bildirib.
“Neft emalının həcmi əvvəlki illərdə olduğu kimi stabil olaraq ildə 14 -14.8 milyon ton səviyyəsindədir. 10 ayda ölkənin əsas NEZ-da 12.4 milyon ton neft emal edilib ki,bu da nazirliy tərəfindən təsdiq edilmiş planın 102.4% təşkil edir”, – deyə o bildirib.
Qeyd etmək lazımdır ki, 3 rüb ərzində Qazaxıstanın NEZ-i təsdiq edilmiş 11 mln 4,7 min ton plana qarşı 10 milyon 993.3 min ton neft emal ediblər. Beləliklə, təsdiq edilmiş proqramım icrası 99,9% təşkil edib.