Materiallar

İran prezidenti Azərbaycana gəlir

hassan_rouhani_060813_8İran prezidenti Həsən Ruhaninin yaxın 20 gün ərzində – noyabrda Bakıya rəsmi səfəri gözlənilir.

Bunu “Trend”-ə İranın Azrərbaycandakı səfiri Möhsün Pakayin deyib. Qeyd edək ki, bu, Həsən Ruhaninin prezidentlik dövründə Azərbaycana ilk rəsmi səfəridir.

Azərbaycan prezidenti İlham Əliyevlə İran prezidenti Həsən Ruhaninin cari il ərzində indiyədək bir neçə dəfə görüşləri olub. İlham Əliyev cari ilin aprel ayının 9-da Tehranda rəsmi səfərdə də olub.

AR Gömrük Komitəsinin məlumatına görə, cari ilin 9 ayının yekunlarına əsasən, Azərbaycanla İran İslam Respublikası arasında ticarət dövrüiyyəsi 144,045 milyon dollar təşkil edib. Bunun da 115,6 milyonu İran məhsullarının Azərbaycana ixracının payına düşüb.