Materiallar

AÇG blokundan ümumi neft hasilatı 347 mln. ton təşkil edib  

acg_production1997-ci ilin noyabr ayından 2014-cü il oktyabrın 1-nə qədər “Azəri-Çıraq-Günəşli” blokundan 347 mln. ton neft hasil edilib. Bu barədə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakıda ERRA-nın (  Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının)13-cü illik konfrasında çıxışı zamanı məlumat verib.

“Bu dövr ərzində (1997-ci ilin noyabrından) blokdan 101 mlrd. kubmetr səmt qazı da hasil edilib”, – deyə X.Yusifzadə bildirib.

Onun sözlərinə görə, blokdan sutkada 90 min ton neft (650 min barel) və 35 mln. kubmetr səmt qaz hasil edilir.

O həmçinin qeyd edib ki,AÇG layihəsi çərçivəsində dövlət 187 milyon ton mənfəət neft əldə edib ki,( Neft Fondununa görə $ 107 milyard 254 milyon) ondanda əldə edilən gəlirlər neft Fonduna köcrülüb. Azərbaycan ilk mənfəət neftini 1999-cu ildə əldə edib.Elə həmin ildə Neft Fondu yaradılıb.

SOCARa görə,AÇG yatağından çıxarıla bilən neft ehtiyatları 923 milyon ton təşkil edir.

*AÇG-nin işlənməsi üzrə müqavilə 1994-cü ildə imzalanıb. Müqavilənin müddəti 30 ildir. Layihənin iştirakçıları : Britanayının BP (35,78%), ARDNŞ (11,65%), ABŞ-ın Chevron (11,27%) və ExxonMobil (8, 0006%), Yaponiyanın Inpex (10,96%), Norveçin Statoil (8,56%),Türkiyənin TPAO (6,75%), Yapon Itochu (4,3%) və Hindistanın ONGC Videsh Limited (2,72%) şirkətləridir.