Brent markalı neft sürətlə dəyərini itirməyə başladı – artıq 94 dollara yaxınlaşır

snijenieLondon birjasında bu gün Brent markalı neftin qiymətləri indiyə qədər proqnozlaşdırılmayan səviyyədə kəskin ucuzlaşıb.
Caspian Barrel İCE (London) birjasına istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 23.15-də neftin 1 bareli 94 dollar 48 sentə qədər aşağı enib. Gün ərzində qara qızıl dəyərini 2,6% itirib.
Qeyd edək ki, son 17 ayda hələ belə minimal qiymətlər qeydə alınmamışdı. Bəs niyə neft belə sürətlə ucuzlaşır?
Bunun səbəbini CMC Markets Plc-in təhlilçisi Maykl Hyuson ilk növbədə ABŞ-da şist neft hasilatının artmasında, daha sonra ABŞ və tərəfdaşlarının İŞİD-ə endirdikləri hava zərbələri nəticəsində onların Yaxın Şərqdəki neft infrastrukturu və mədənlərinə bundan sonra bir daha zərər yetirə bilməyəcəkləri kimi pozitiv informasiyaların yayılması, həmçinin Avropada və Çində iqtisadi göstəricilərin aşağı düşməsi ilə izah edir.

Оставьте первый комментарий

Оставить комментарий

Ваш электронный адрес не будет опубликован.


*