Qazaxıstan dövlət statistika agentliyinin verdiyi məlumata əsasən, 2014-cü ilin yanvar-mayında qaz kondenstı daxil olmaqla 33.533 milyon ton neft hasil edilib ki,bu da 2013-cü ilin analoji dövrü ilə müqayisədə 0.5% azdır.
Statistika agentliyinin verdiyi məlumat görə, xam neft hasilatı – 28.51 milyon ton (2% azalma),kondensat isə – 5,282 milyon ton təşkil edib.
Bundan başqa, hesabat dövründə Qazaxıstanda 17,728 milyard kub metr qaz hasil edilib (artım 2%). Bu həcmin 8.801 milyard kub metri təbii qaz, 8.933 milyard kub metri isə səmt qazı təşkil edib.