“TheWallStreetJournal” qəzeti xəbər verir ki,Barak Obama admistrasiyası son 40 il ərzində fəaliyyət göstərən xam neft ixracatı qadağasını zəiflətmək niyyətindədir.
Nəşr qeyd edir ki,xüsusi diqqət çəkmədən ABŞ Ticarət Nazirliyi Texasdan iki neft şirkətinə çox yüngül neftin ixracına icazə verib.
Çox yüngül neft kimi tanınan kondensat şist birləşmələrində olur.
ABŞ xam neftə ixrac qadağasanı 1973-cü ildə ərəb ölkələrinin qərb ölkələrinə “qara qızılın” ixracına qoyduqları qadağaya cavab olaraq tətbiq etmişdi. Lakin ABŞ-da benzin və dizel yanacağının ixracı azaddır.
“Neftin tədarükü artıq avqustda başlıya bilər.Çox güman ki, həcmlər kiçik olacaq” – deyə qəzet yazır.Brookings İnstitutunun hesablamalarına görə, gələn ildən ABŞ sutkada təxminən 700 min barel neft ixrac edə bilər.