Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) 2014-cü ilin may ayında Novorossiysk limanından 84 min 832 ton, Supsa limanından 161 min 315 ton, Ceyhan limanından 1 milyon 661 min 255 ton xam neft ixrac edib.
Şirkətdənin yaydığı məlumata görə, ümumilikdə yanvar-may ayları ərzində Novorossiysk limanından 423 min 644 ton, Supsa limanından 1 milyon 210 min 535 ton, Ceyhan limanından isə 8 milyon 442 min 415 ton xam neft ixrac olunub.
SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də SOCAR-a məxsus xam neft həcmlərini əks etdirir.