Qazaxıstan 2013-cü ildə dəyər ilə ifadə edildikdə neft ixracından $55,2 milyard gəlir əldə edib. Qazaxıstan Respublikasının Milli Fonduna daxil olmuş vergilər və ödənişlər isə $22,1 milyard təşkil edib.
2013-cü ildə Qazaxıstanın neft və qaz sektorundan dövlət büdcəsinə vergilər və ödəmələr $5 milyard təşkil edib ki, bunun da $3,4 milyardı neft ixrac rüsumu olub.
Qeyd edək ki, 2013-cü ildə Qazaxıstan 81.8 milyon ton neft hasil edib.