“Türkmənqaz” dövlət konsernindən,Türkmənistan ticarət-sənaye palatasından və Britaniyanın “Summit Trade Events” şirkətlərindən verilən məlumata əsasən Avazda 32 ölkədən 500 nümayəndənin iştirak etdiyi V Beynəlxalq Qaz Konqresi işə başlayıb.
Hesabatda qeyd edib ki, natiqlər arasında – Türkmənistanın dövlət neft və qaz və beynəlxalq şirkətlərin nümayəndələri var. Tədbirin leytmotivi Türkmənistanın beynəlxalq qaz bazarında mövqeyi,beynəlxalq sərmayələr və ölkənin qaz resursları olacaq.
Bundan əlavə konqresdə Türkmənistanın neft-qaz sektorunun perspektivləri,qazın sabit və etibarlı tranziti,qazın emalı və qaz kimya sənayesi mövzüsunda müzakirələr aparılacaq.
Türkmənistan dünyada qaz ehtiyatlarına görə 4-cü yer tutur.Ölkədə hər il 70-80 milyard kub metr qaz hasil edilir. Qaz Rusiya və İrana ixrac edilir. 2009-cu ildən isə Çinə qaz ixrac edilir.