Avazda V Beynəlxalq Qaz Konqresində çıxış edən Rusiya baş naziri müavini Arkadi Dvorkoviç bildirib ki,Rusiya şirkətləri TAPİ layihəsinin (Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan) həyata keçrilməsində maraqlıdırlar.
Onun sözlərinə görə,Rusiya şirkətləri Türkmənistanda işləməyə davam edəcək.”Bu qısamüddətli maraqlar deyil və bizim ölklər arasında olan uzunmüddətli tərəfdaşlıq və ölklər aramızda olan dostluqdır”- deyə Dvorkoviç bildirib.
Həmçinin hökümətlərarası komissiyanın hmsədrləri Arkadi Dvorkoviç və Türkmənistanın xarici işlər naziri Rəşid Meredov arasında görüş olub.
Ölkələr arasında ticarət dövriyyəsi 2012-ci il ilə müqayisədə 12.6% artıb.
2013-cü ilin oktyabrında Hindistanın xarici şirkətləri Salman Xurşid Moskvada rəsmi səfərdə olanda Rusiyanın TAPİ layihəsində iştirak edəcəyinə ümid etdiyini bildirib.
Rəsmi Aşqabad ümid edir ki, TAPİ layihəsinin inşası 2015-ci ildə başlayacaq.