Türkmənistan KİV-i prezident Qurbanqulu Berdumuhammedova istinadən xəbər veriblər ki,Çinin CNPC şirkətini Türkmənistanın cənubundakı layihələrə 4 milyard dollar sərmayə yatırıb.
CNPC şirkəti “Bəxtiyarlıq” yatağında xammalın kəşfiyyatı və hasilatını aparır və iki qaz təmizləmə zavodu inşa edib. Onlardan biri Samandelə yatağında 2009-cu ildə istismara verilib və istehsal gücü ildə 6.5 milyard kub metr təşkil edir.
İkinci zavod ildə 8.67 milyard kub əmtəəlik qaz istehsalı üçün nəzərdə tutulub.
2009-cu ilin dekabrında Türkmənistan,Qazaxıstan, Çin və Özbəkistan dövlət başçılarının istirakı ilə “Bəxtiyarlıq” yatağında transmilli qaz kəməri istismara verildi.
Boru kəmərinin buraxılış gücü ildə 40 milyard kub metr təşkil edir.Çin ərazisində kəmərə “Şərq-Qərb” kəmərinin iki xətti birləşdirilib.
Enerji sektorunda əməkdaşlığı genişləndirmək məqsədilə 2011-ci ilin noyabrında imzalanmış sazişə əsasən Türkmənistandan Çinə qaz tədarükünü 65 milyard kub metrə çatdırılması planlaşdırılır. Bu məqsədlə 2013-cü ildə iki dövlət arasında türkmənistan-çin qaz kəmərinin 4-cü xəttinin inşası barədə saziş imzalanıb.