Türkmənistan Neft və Mineral Ehtiyatlar Nazirliyinin analitik materialına görə, ölkənin qaz infrastrukturu Avropa Birliyinin ehtiyacları üçün təşkil edilır.
Materialda qeyd edilir ki, təbii qazın ixracın genişlənməsi üçün 2010-cu ildə ”Şərq-Qərb” qaz kəmərinin çəkilişinə başlayıb. Kəmərin üzunluğu 766 km, boruların diametri 1420 mm,gücü isı 30 milyard kub metr qaz olacaq.
Kəmərin inşasının sifarişçisi və podratçısı “Türkmənqaz” Dövlət Konsernidir. Layihə 5 il ərzində həyata keçriləcək.
“Qalkanış yatağından hasil edilən qazın ölkənin qərbinə nəql edilməsindən sonra qazın xarici ölkələri ixracı imkanı artacaq”, – deyə materilada bildirilir.