Maraqlı Xəbərlər

2014-cü ilin I rübündə Statoil-un xalis mənfəəti 3.7 dəfə artıb

statoil2014-cü ilin yanvar-martın göstəricilərinə əsasən, Statoil şirkətinin xalis mənfəəti  2013-cü ilin analoji dövrü ilə müqayisədə 3.7 dəfə artaraq 23.6 milyard norveç kronu (3,94 milyard ABŞ dolları) təşkil edib.Bir adi səhmə düşən gəlir 7.43 kron olub.

Statoil şirkətinin gəliri birinci rübdə 5.2% artaraq 169.9 milyard kron təşkil edib.

Rüb ərzində şirkətin karbohidrogen hasilatı 1% azalaraq 1.97 milyon barel olub.

Norveçdə karbohidrogen hasilatı isə birinci rübdə gündə 1.24 milyon barel təşkil edib ki,bu da 2013-cü ilin eyni dövrünün göstəricisindən 4% azdır.