Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya Aşqabadda müzakirəyə çıxarılacaq

Caspian_Sea_191007Aşqabadda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın üzrə Xüsusi İşçi Qrupunun 36-cı iclası keçiriləcək. Bu barədə Türkmənistan hökümətinin məlumatında deyilir. Görüş aprelin 1-2-də keçriləcək.

Məlumatda bildilirir ki, bu regional tədbirin hazırlanması məsələsi Türkmənistanın son hökumət iclasında müzakirə edilib.

2014-cü ilin ikinci yarısında isə Həştərxanda Xəzəryanı ölkələrin dövlət başçılarının görüşü keçriləcək.

2003-ci ilin noyabrında  Xəzəryanı ölkələr Xəzər dənizinin ətraf mühitinin qorunması üzrə Çərçivə Konvensiyasını imzalayıblar.

1998-ci ildə, Rusiya və Qazaxıstan Xəzər dənizinin şimal hissəsinin dibinin bölünməsi haqqında sazişi, 2002-ci ilin martında isə sazişə əlavə protokolu imzalayıblar.

2001-ci ilin 29 noyabrında və 2003-cü ilin 27 noyabrında isə Azərbaycan ilə Qazaxıstan arasında dənizin dibinin delimitasiyası sazişi və ona əlavə olaraq protokol imzalanıb.

Həmçinin Qazaxıstan, Azərbaycan və Rusiya 2003-cü ilin 14 mayında Xəzər dənizinin həmsərhəd hissələrinin bölünməsi sazişi imzalanıb.

Оставьте первый комментарий

Оставить комментарий

Ваш электронный адрес не будет опубликован.


*