“KazTransQaz” Çin İnkişaf Bankından qaz kəmərinin tikintisi üçün $700 mln cəlb edib

kaztrans“KazTransQaz”-dan verilən məlumata görə, şirkət “Beyney-Bozoy-Şımkənt” qaz kəmərinin tikintisinin başa çatdırılması üçün Çin inkişaf bankından 700 milyon dollar kredit cəlb edib.

Mətbuat xidmətindən verilən məlumata görə, ”Beyney-Bozoy-Şımkənt” qaz boru kəmərinin 2-ci mərhələsinin inşasının başa çatdırılması üçün Pekində 700 milyon dollar kreditin ayrılması barədə maliyyə paketinin imzalama mərasimi keçrilib.

Kredit 311 km-lik “Beyney-Bozoy” xəttinin və Qızıl Orda vilayətində “Karaozek” kompressor stansiyasının inşasına sərf ediləcək. Bu obyektlərin inşası kəmərin gücünün 10 milyard kub metrə çatdırmağa imkan verəcək.

Layihənin əsas məqsədi Qazaxıstanın cənub bölgələrini qazla təmin etmək və əlavə həcmləri Çinə tədarük etməkdir.

Оставьте первый комментарий

Оставить комментарий

Ваш электронный адрес не будет опубликован.


*