Rusiya

Xodorkovski təsdiq edib ki,YUKOS aktivləri uğrunda mübarizə aparmayacaq

xodor-polYUKOS şirkətinin keçmiş prezidenti Mixail Xodorkovski həbsdən azad olunduqdan sonra bildirib ki,YUKOS-un aktivlərini geri qaytarmaq üçün mübarizə aparmaq niyyətində deyil.

Cümə günü Rusiya prezidenti Vladimir Putin Mixail Xodorkovskinin əfv edilməsi barədə sərəncam imzalayıb.
The New Times qəzetinə müsahibəsində Xodorkovski bildirib ki,”Putinə yazdığı məktubda siyasətlə məşğul olmayacaq və YUKOS şirkətinin aktivləri uğrunda mübarizə aparmayacaq”.